Amerikalı musiqiçidən kamançada möhtəşəm ifa

Amerikalı musiqiçi Qabriel Marin sosial şəbəkə izləyicilərini Azərbaycanın milli musqi aləti olan kamançada ifası ilə şoka salıb.

Marin öz Facebook səhifəsində kamançanı ifa edərkən çəkilən videoçarxı yerləşdirib.Musiqiçi bildirib ki, yaxında işıq üzü görəcək yeni albomu üzərində işləyir.

"Mən tez-tez iş vaxtı improvizələr edirəm, xüsusilə də kamança ilə. Bununla yanaşı sazda da ifa edirəm. Şərq musiqisini dəlicəsinə sevirəm" — deyə Marin yazıb.

Sosial şəbəkə istifadəçiləri onun milli musiqi alətimizdə ifasına heyranlıqlarını gizlətməyiblər.

Qeyd edək ki, Marin Azərbaycanın milli musiqi alətlərində ifa edən ilk amerikalı deyil. Ona qədər tarda ifa edən musiqiçi Ceffri Verbok məşhur idi.

Qabriel Marin Şimali və Cənubi Hindistan, İran, Türkiyə və Orta Asiya ölkələrinin musiqilərini ifa edir. O, təkcə gitarada deyil, dombıra, tanbur, saz, kamança və digər musiqi alətlərində də ifa etməyi bacarır. Hazırda o, digər xalqların da musiqilərini öyrənir və tez-tez öz çıxışları zamanı səhnədə müxtəlif mədəniyyətlərə aid musiqiləri qarışdıraraq improvizələr edir.

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında