Moldovada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməli qoyulub

Martın 13-də Moldovanın Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa ediləcək Mədəniyyət-Təhsil Mərkəzinin binasının təməlqoyma mərasimi keçirilib.

Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, 1600 kvadratmetrdən çox sahəsi olan Mədəniyyət-Təhsil Mərkəzinin binası lazımi avadanlıqla, eləcə də kompüter otaqları ilə təchiz olunacaq.

Mədəniyyət-Təhsil Mərkəzi Azərbaycan rəhbərliyinin göstərişi əsasında Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa olunacaq.

Təməlqoyma mərasimində Moldova Respublikasının Prezidenti İqor Dodon, Qaqauziya Muxtariyyətinin başqanı xanım İrina Fedorovna Vlah, Heydər Əliyev Fondunun nümayəndəsi Ələkbər Quliyev iştirak ediblər.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Mədəniyyət-Təhsil Mərkəzində Çadır-Lunqa şəhərinin və ətraf rayonların uşaqları və gəncləri öz potensiallarını tam şəkildə reallaşdıracaq və Mərkəz Moldova xalqının gənc istedadlarının inkişafına xidmət edəcək.

Bildirilib ki, mərkəzin tikintisi Azərbaycan və Moldova arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha bir rəmzi olacaq və gələcəkdə bu münasibətlərin daha da inkişafına öz töhfəsini verəcək.

Emil HÜSEYNLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında