“Buta Airways” Türkiyənin Alanya şəhərinə birbaşa aviareys açır

“Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa Hava Limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri və eyni zamanda, turistlərin  yazdan payıza kimi istirahət edə biləcəyi sərfəli kurort  şəhəridir. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən  möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

• facebook.com/ButaAirways

• instagram.com/ButaAirways

• twitter.com/ButaAirways

• t.me/Buta_Airways

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında