İŞİD-in qoyub qaçdığı silah-sursatın izləri

“İŞİD terror təşkilatı hərbi planda məğlubiyyətə uğradı. Suriya və İraqın ekstremistlərin nəzarətində olan əraziləri (təqribən 100 min kvadratkilometrlik sahə) tamamən azad olundu. İŞİD üzərində qələbə üçün 60 ölkənin təmsil olunduğu beynəlxalq antiterror koalisiyasına 3 ildən artıq vaxt lazım oldu. Savaşın ən ağır zərbələrini mülki əhali yaşadı. Raqqa – bir vaxtlar İŞİD-in paytaxt elan etdiyi şəhər dağıntılar altında qaldı. İraqın Mosul, Ramadi və Tikrit şəhərləri  xarabalığa çevrildi.

İŞİD terrorçularının adıçəkilən əraziləri bu qədər müddətə öz nəzarətləri altında saxlamaları heç də təsadüf deyildi. Bu, təkcə onların fanatizmi yox, həm də silah-sursatının gücünə mümkün olmuşdu. Bu silahların əhəmiyyətli hissəsi Avropa Birliyində, xüsusən də Şərqi Avropa ölkələrində istehsal edilib. Sonradan ABŞ və Səudiyyə Ərəbistanı üzərindən münaqişə bölgəsinə daxil olub”.  

Strateq.az saytı yazır ki, bu qənaətə Britaniyanın qeyri-hökumət təşkilatı "Conflict Armament Research"ün (CAR) hesabatından gəlmək olar. Qanunsuz silah dövriyyəsinin araşdırması ilə məşğul olan təşkilatın ekspertləri 2014-cü ilin iyulundan 2017-ci ilədək Suriya və İraqda işləyiblər.

 

Zərifə BƏZİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında