Nənə Xatun fədakarlıq nümunəsidir

Ərzurumun düşmən işğalından xilasının və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Dadaşlar diyarına gedən  Milli Məclisin deputatı Q.Paşayeva xatirələrdə iz qoymuş qəhrəman qadın Nənə Xatunun qəbrini ziyarət edib.

Eko Avrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi (TDED) Ərzurum Şöbəsinin birlikdə təşkil etdiyi "100-ümüz Özümüz Bir" programı çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı Gənirə Paşayeva Ərzuruma gedib. Ərzurumda TDED Ərzurum Şöbəsinin sədri Murat Ertaş ve Eko Avrasya Dərnəyinin rəhbəri Hikmet Eren ilə birliktə Nənə Xatunun qəbrini ziyarət edib, Fatihə oxuyaraq dualar edib.

Ziyarət zamanı jurnalistlərə  müsahibə verən Q.Paşayeva, “Ərzuruma gəlib Nənə Xatunun məqbərəsini ziyarət etməməyim xəta olardı. Çünki, Nənə Xatunlar bizim daha gözəl yaşamağımız üçün böyük fədakarlıq etmış qadınlarımızdandır”, - deyib. Nənə Xatun haqqında olan qəhrəmanlıq dastanına əsaslanaraq, Nənənin "Uşaq anasız böyüyər, amma vətənsiz yaşayammaz", - sözlərini xatırladıb.

Q.Paşayeva qəbiristan ziyarətindən sonra  Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfındən istifadəyə verilmiş Azərbaycan Bulvarı--Nuri Paşa Bağçası və 100 il - Qəhrəmanlar Abidəsinin açılış mərasimində iştirak edib.

Qeyd edək ki, Türkiyədə nəşr olunan qəzetlərin bir çoxunda bu görüşlər haqda geniş məlumatlar dərc edilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında