Martda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq.

Bunu APA-nın Tehran bürosuna açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib. O bildirib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.

“Şirkətdə İran tərəfi 25 faiz, Azərbaycan tərəfi isə 75 faiz paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək”, – deyə baş direktor vurğulayıb. Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında