Ermənipərəstlər və ermənilər Avropada növbəti dəfə xar oldular

Kütləvi informasiya vasitələrinin məlumatına görə , dünən  Milan Məhkəməsində Avropadakı ermənipərəstlərin  2 ildən çoxdur yaratdığı şər və böhtan kampaniyasının qurbanına çevrilmiş Avropanın tanınmış siyasətçilərindən olan Luka Volontenin çirkli pulların yuyulması ilə bağlı məhkəmə prosesi başa çatıb. Bildirilir ki, Luka Volonte uzun sürən təhqir və mənəvi əzablardan sonra Milan Məhkəməsinin qərarı ilə bəraət alıb.

Milli Məclisin deputatı  Elxan Süleymanov bədxahlarımızın məğlubiyyətinə sarkazmla ismarıc göndərib: “Ölkəmə, mənə və Luka Volonteyə qarşı Avropanın şər və böhtan kampaniyasının bütün təşkilatçılarına, ermənilərə, Azərbaycandakı “erməni”lərə və ermənipərəstlərə dəstək verən hər kəsə dərin hüznlə başsağlığı verirəm.”

Luka Volontenin özü ona  və ölkəmizə qarşı bu çirkin kampaniyanın başladığı günlərdə demişdi ki,  Qərbin Azərbaycanla bağlı yanlış fikrinə görə Avropaya inam itəcək.

Xatırladaq ki, İtaliyanın tanınmış siyasətçisi, Avropa Şurasının Parlament Assambleyasındakı Avropa Xalq Partiyasının prezidenti Luka Volonte  2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində demişdi ki, bu  seçkilər Avropa institutları üçün onların ölkəyə qarşı ikili standartlarının olmamasını sübut etmək və seçkilər prosesinə müsbət töhfə vermək baxımından şans ola bilər. Məhz həmin obyektiv düşüncələrinə görə ermənilərin vəsaiti hesabına fəaliyyət göstərənlərin qəzəbinə tuş gəlmişdi.

Luka Volontenin Azərbaycan həqiqətləri barədə söylədiyi başqa fikirlər də var idi ki, onlar da bədxahlarımızı bərk qıcıqlandırmış və qaragüruhçular italiyalı siyasətçini Azərbaycanla iş birliyində ittiham etmək imkanı qazanmışdılar. Həmin fikirlər belə idi: “Dinlərarası münasibətə görə Azərbaycan bizim öyrənməyimiz üçün çox yaxşı nümunə ola bilər. Azərbaycanda bu mühit institusional təsisat deyil. Bu, siyasi qərar olaraq da verilməyib. Bu, Azərbaycan xalqının daxili təzahürüdür.”

Xatırladaq ki, cənab Volonte bu fikirləri  Azərbaycanda səfərdə olarkən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən “dəyirmi masa”da bildirmişdi. Həmin səfər zamanı avropalı qonaqlar Bakıdakı erməni kilsəsində olmuş və demişdilər ki, Bakıda erməni kilsəsi necə tikilibsə, elə də saxlanılır. Bu, Azərbaycanda tolerantlığın nümunəsidir. Təəssüf  ki, bunun əksi olaraq,  Azərbaycanın işğal edilmiş ərazilərində, Ermənistanda ermənilər Azərbaycana məxsus tarixi, dini abidələrini dağıdır. Avropalıların həmin obyektivliyi onlara baha başa gəlmiş və cənab Luka Volonte iki il  məhrumiyyət və təhqirlərə məruz qalmışdı.

Dünən--fevralın 13-də isə Milan Məhkəməsi iki il uzanan ədalətszliyə son qoymuş, cənab Luka Volonteyə bəraət vermişdir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında