Dövlət borclarına məhdudiyyət aradan qaldırıldı

ABŞ Konqresi dövlət xərclərinin genişmiqyaslı artımını təsdiqlədi

ABŞ Konqresi hələ ötən cümə günü ən azı 2019-cu ilin martına qədər hökumətin işinin dayandırılmasından yayınmaq fürsəti verən büdcə planını təsdiq etmişdir. Respublikaçılarla demokratlar arasında əldə edilmiş razılaşma dövlət xərclərini əlavə 300 milyard dollar artırmağı nəzərdə tutur ki, bunun da böyük bir hissəsi Pentaqona çatacaq. Defisiti bağlamaq üçün ölkənin Maliyyə Nazirliyi artıq bazarda rekord həcmdə borc almağa hazırlaşır. Ekspertlər isə bunun uzaq perspektivdə neqativ nəticələr verəcəyi barədə xəbərdarlıq edirlər.

Hər iki partiyanın nümayəndələri ilə razılaşdırılmış ABŞ-ın büdcə planı, cümə gününə keçən gecə, ayrılan vaxt bitəndən sonra təsdiq edilmişdir ki, buna qədər də qanunvericilər maliyyə çatışmazlığı üzündən hökumətin bağlanacağına imkan verməmək üçün büdcəni razılaşdırmışdılar. Konqresin Nümayəndələr Palatası və Senat təsdiq edəndən sonra sənədi ABŞ Prezidenti Donald Tramp imzalamışdır. Nəzərdə tutulur ki, bu akt ən azı 2019-cu ilin martına qədər defoltun yeni təhlükələrindən qaçmağa imkan verəcək. Bununla da indiyə qədər 20,5 trilyon dollar təşkil edən dövlət borcunun ən yuxarı həddi sərbəst buraxılmışdır.

Yuxarı həddin sərbəst buraxılması dövlət xərclərinin iki ilə əlavə daha 300 milyard dollar artırılmasını nəzərdə tutur. Bu isə faktiki olaraq, 2011-ci ildə əsasən respublikaçıların səyi ilə qəbul edilmiş büdcə qanununun müəyyənləşdirdiyi xərclər limitinin artırılması deməkdir. Burada əsasən hərbi xərclərin rekord həcmdə artırılmasından - 2018-ci fiskal ili (2017-ci ilin sentyabrından başlayır) üçün nəzərdə tutulan 140 milyard dollardan 80 milyardını Pentaqon alacaq, qalan vəsait isə qasırğanın və sair fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək. Bütövlükdə bu il Birləşmiş Ştatların hərbi xərcləri ötən ildəkindən 15 faiz çox - 700 milyard dollar təşkil edəcək. Hətta Prezident administrasiyasından aşağı məbləğ – 668 milyard dollar istəsələr də, bununla belə büdcə planına uyğun olaraq 2019-cu il üçün hərbi məqsədlərə 716 milyard dollar ayrılmışdır.

Buna baxmayaraq, planda demokratların əsas tələblərindən biri – uşaqlıqdan qeyri-leqal ABŞ-a keçirilmiş miqrantların statusunun müdafiəsi öz əksini tapmamışdır. Miqrasiya islahatının müzakirəsi bu həftə yenidən davam etdiriləcək. Bu yaxınlarda Donald Tramp belə miqrantların işləməsinə və yaşamasına müvəqqəti icazə verən qanunun ləgv edilməsini vəd vermişdi. Bununla belə Ağ ev onlara verilən təminatı Meksika ilə sərhəddə divarların tikintisinin maliyyələşdirməsinə dəyişdirməyə hazırdır.

Ölkənin Maliyyə Nazirliyi artan defisitin fonunda artıq həcmdə yeni borclar haqqında elan vermişdir – proqnozlara görə yalnız bu ilin birinci rübündə onlar, son səkkiz ildə ən yüksək həddə - 441 milyard dollara çatacaq. Analitiklərin qiymətləndirmələrinə görə, bu il defisit 765 milyard dollara çatacaq (ötən il – 665,8 milyard dollar), 2019-cu ildə isə ola bilsin 1 trilyon dolları keçsin. Ötən həftə qəbul edilmiş dövlət xərclərinin artırılmasının kompensasiya edilməməsindən savayı, genişmiqyaslı vergi islahatları çərçivəsində daxilolmaların azalması da büdcəyə təsir göstərəcək. Təkcə bu on ilə defisitin 1,5 trilyon dollara çatmasına gətirib çıxaracaq. Bundan əlavə, artıq Donald Tramp 2019-cu ilin büdcəsini təqdim etdi ki, burada da 1,5 trilyon dollar məbləğində infrastruktur təşəbbüslər qeyd edilmişdir.

“Capital Economics”dən Maykl Pirs qeyd edir ki, bu razılaşma “ Ronald Reyqanın vaxtındakından daha yüksək həcmli büdcə kəsirinə gətirib çıxaracaq.2019-cu ilin sonunda gəlirlərlə xərclər arasında fərq artıq 5 faizə yaxınlaşacaq”. Onun fikrinə görə, təsdiq edilmiş paketin fiskal səmərəsi ÜDM-in 7 faiz ekvivalentindədir ki, bu da vergi islahatları ilə müqayisə edilir. Eyni zamanda artıq 2019-cu il çərçivəsində daha böyük borclar iqtisadiyyata çox neqativ təsirlər göstərəcək, deyə mərkəzdən bildirirlər. Əvvəlcə belə stimullaşdırma ÜDM-i və inflyasiyanı qovacaq, lakin bunun ardınca daha böyük eniş ola bilər.

Hazırladı:
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında