Binəli Yıldırım: Vaşinqton Suriyada mövqeyini dəyişməlidir

Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ hökumətini Suriya siyasətinə yenidən baxmağa çağırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə hökumətinin başçısı xatırladıb ki, Ankara uzun illər Vaşinqtonu özünün NATO üzrə strateji tərəfdaşı hesab edib. B.Yıldırım vurğulayıb: “Elə bir məqam yetişib ki, Vaşinqton öz siyasətinə yenidən baxmalı və rasional hərəkət etməlidir. Vaşinqton dərk etməlidir ki, terrorçularla əməkdaşlıq ciddi fəsadlar yarada bilər”.

Baş nazir Ankaranın Suriyanın Afrin rayonunda terror təhlükəsini aradan qaldırmaq istiqamətində qərarlı olduğunu bildirib: “Türkiyə terrorizmlə mübarizədə addımlarını kiminləsə razılaşaraq atmaq niyyətində deyil. Bizim buna ehtiyacımız yoxdur”. B.Yıldırım sonra deyib: “Ankara çirkin oyunlar oynamır. Terrorizm Türkiyə üçün ən böyük təhlükə olaraq qalır”.

Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, ABŞ hökuməti YPG ilə əməkdaşlığın vacib olduğunu əsaslandırmaq üçün Suriyanın bir sıra bölgələrində İŞİD yaraqlılarına qarşı mübarizə aparmaq istəmir. Belə ki, Suriyanın İraqla sərhəd bölgələrində hələ də İŞİD-in nəzarətində olan ərazilər mövcuddur. M.Çavuşoğlunun sözlərinə görə, amerikalılar burada yaraqlılarla məqsədli olaraq vuruşmurlar.

Nazir qeyd edib ki, YPG dəstələri Münbici məhz ABŞ hərbçilərinin dəstəyi ilə ələ keçiriblər. O zaman Vaşinqton söz vermişdi ki, YPG yaraqlılarını Fərat çayının şərqinə çəkib aparacaq. Lakin, bu, baş verməyib. 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında