Orduya sosial şəbəkə qadağası

“İzvestiya”nın yaydığı məlumata görə, bundan sonra Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Odnoklassniki”, “VKontakte”, “Facebook” və digər sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər.

Bildirilir ki, buna Rusiya Müdafiə Nazirliyinin yeni tövsiyəsi səbəb olub. Belə ki, RF Müdafiə Nazirliyi hərbçiləri sosial şəbəkələrdən uzaq durmağa, xidmət, hərbi hissə barədə məlumatları bölüşməməyə və telefonlarında geolokasiyanı söndürməyə çağırıb.

Qeyd edək ki, bu, hələlik tövsiyə olsa da, nazirlik qanunvericiliyə müvafiq dəyişikliklə bağlı yeni nizamnamə hazırlayır.

Xatırladaq ki, Rusiya MN ötən ilin sonunda hərbi qulluqçular üçün internetdə davranış qaydaları hazırlayıb və hissələrə göndərib. Qaydalar yaddaş kitabçası və plakat şəklində hazırlanıb. Tövsiyələrdə bildirilir ki, xarici saytların və ya hər hansı sosial şəbəkənin administratorlarının orada yerləşdirilən şəxsi məlumatlara tam çıxış imkanı var, xarici xüsusi xidmət orqanları isə rusiyalı hərbçilərin paylaşımlarını analiz edir. Ona görə də, foto və videoçarxların yerləşdirilməsi, eləcə də hərbçilərin yaxınlarının onların xidməti barədə məlumatlar yayması məqsədəuyğun deyil.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında