Tramp Putinə yardım təklif etdi

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə Moskva ətrafında baş verən təyyarə qəzasının araşdırılması ilə bağlı yardım təklif edib.

APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

Müvafiq təklif dövlət başçılarının telefon danışığı zamanı səsləndirilib. Ötən gün D.Tramp zəng edərək Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsağlığı verib. Söhbət zamanı tərəflər həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi və Şimali Koreya ətrafında vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, fevralın 11-də “Saratov hava yolları” aviaşirkətinə məxsus An-148 təyyarəsi Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 71 nəfərin hamısı ölüb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında