Prezident İlham ƏLİYEV: Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 51-ci kitabı çapdan çıxıb

Bizim siyasətimizin mərkəzində insan amili dayanır, çünki sosialyönümlüdür və Azərbaycanda aparılan islahatlar insanların rahat yaşamasına yönəldilib. Əlbəttə, ağır vəziyyətə düşmüş vətəndaşlarımızın problemlərinin həlli bizim üçün həmişə olduğu kimi, prioritetdir. Dövlətimiz güclü dövlətdir, biz istənilən sınaqdan şərəflə çıxa bilirik və təcrübə də bunu göstərmişdir.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 51-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2012-ci il mayın 9-da Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda keçirilmiş müşavirədə çıxış edərkən söyləyib.

Çoxcildliyin 51-ci kitabı Prezident İlham Əliyevin Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransının açılış mərasimində iştirakına dair informasiya ilə başlanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 51-ci kitabındakı materiallar 2012-ci ilin aprel ayından iyuladək olan dövrü əhatə edir.

Bu cilddə dövlətimizin başçısının Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka, NATO-nun sammitində iştirak etmək üçün ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfərlərinə, Rusiya Federasiyasına, Türkiyə Respublikasına işgüzar səfərlərinə, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirakına dair materiallar toplanıb.

Azərbaycan Prezidentinin ölkəmizə səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ilə görüşü, habelə İsrail, Rusiya, İordaniya, Bolqarıstan, Türkiyə, Ukrayna, Andorra, Almaniya, Böyük Britaniya, ABŞ, Niderland və başqa dövlətlərin, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Dünya Bankı və digər nüfuzlu qurumların yüksək vəzifəli şəxslərini qəbul etməsi barədə materiallar da nəşrin bu cildində yer alıb.

Nəşrin bu cildinə Prezident İlham Əliyevin Sumqayıt şəhərinə, həmçinin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün təbii fəlakət bölgəsinə, o cümlədən Zaqatalaya səfərlərinə, habelə Naxçıvan Muxtar Respublikasına səfərinə, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, bir sıra mədəni-məişət, sosial və sənaye müəssisələrinin açılışında iştirakına dair materiallar da daxil edilib.

Kitabda dövlətimizin başçısının Azərbaycanın uğurlu daxili və xarici siyasətinə, iqtisadi potensialın möhkəmlənməsinə, ordu quruculuğuna, regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin müasirləşdirilməsi istiqamətində önəmli nailiyyətlərə, ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsiyələri öz əksini tapıb.

Nəşrdə Azərbaycan Prezidentinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin, o cümlədən “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfransın, “Rusiya-Azərbaycan dialoqu – 2012” III Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciətləri yer alıb.

Bu cilddə Prezident İlham Əliyevin Koreya Respublikasının nüfuzlu “Diplomacy” jurnalına müsahibəsinin mətni də verilib. 

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 51-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında