Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib

Bu barədə AZƏRTAC-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

İclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 125 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün birillik ilkin hazırlıq kursu barədə məlumat dinlənilib. Kursun bu ayın sonunda başa çatacağı qeyd edilib.

Bildirilib ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmələr təşkil olunub.

İclasda tədris kursunun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə  yazılı imtahanın keçirilməsi məsələlərinə baxılıb. İmtahanın fevralın 3-də saat 10:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında