Mövlud Çavuşoğlu: Suriya münaqişəsinin həlli çox yubadılır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə ABŞ-da nəşr olunan populyar “Newsweek” jurnalında məqaləsi dərc olunub. Türkiyəli diplomat Suriya münaqişəsinin həllinin əsassız olaraq ləngidilməsindən narahatlığını bildirib.

M.Çavuşoğlu, ilk növbədə problemin aktuallığını nəzərə alaraq beynəlxalq ictimaiyyəti münaqişənin ədalətli həllinə nail olmaq naminə səylərini artırmağa  çağırıb. Onun fikrincə, Əsəd rejiminin qəddarlığı fonunda beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı passivliyi bölgədə yeni böyük terror təhlükəsi üçün şərait yaradaraq, bütün dünyanı təhdid edir.

Nazir bildirib ki, İŞİD, Nusra Cəbhəsi və Demokratik İttifaq Partiyası (PYD) və onun silahlı qanadı olan Xalq Müdafiəsi İttifaqları (YPG) Suriyada yaranmış vakuumu faktiki olaraq doldurub.

Türkiyənin xarici işlər naziri məqalədə Birləşmiş Ştatlar hökumətini PKK-nın Suriya törəməsi olan PYD/YPG-ni hər vəchlə dəstəklədiyi üçün tənqid edib: “ABŞ-ın PYD/YPG-ni davamlı olaraq dəstəkləməsi təkcə Türkiyənin təhlükəsizliyini deyil, eyni zamanda Suriyanın gələcəyini də təhdid edir. Bu terror təşkilatları kəndləri, şəhərləri viran qoyur, qeyri-kürd icmalarını zorla tarixən məskunlaşdıqları ərazilərdən qovaraq regionun demoqrafik xəritəsini pozurlar”.

M.Çavuşoğlu vurğulayıb ki, BMT-nin himayəsi altında Cenevrədə keçirilən Suriya üzrə sülh danışıqlarını canlandırmaq lazımdır. Türkiyə, İran və Rusiyanın dəstəklədiyi Soçi danışıqları isə Cenevrə danışıqlarına yardım məqsədi daşıyır. Lakin danışıqlara PYD/YPG terror təşkilatlarının nümayəndələri cəlb edilməməlidir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında