Dünyadakı robotların sayı artır

Müasir dünyada robotların sayı hər keçən gün artır və onlardan daha geniş sahələrdə istifadə olunmağa başlanılıb. Robotların nə vaxtsa  bizim bütün işlərimizi edəcəyini bilirdik, ancaq bu, təxmin etdiyimizdən də əvvəl baş verəcək kimi görünür. “Global Robotics” şirkəti dünyadakı robot sayı ilə bağlı hesabat təqdim edib.

Araşdırmaya görə, hər il robotların sayı 15 faiz artır. 2016-cı ildə dünyada 300 min robot qeydə alınıb. Onların  30 faizi Çinin payına düşür. Bunun səbəbi isə bu ölkədə “dəmir adam”lardan  fabriklər və zavodlarda geniş istifadə olunmasıdır. Çində əhalinin sürətli “qocalma”sı da təbii ki, robotlara olan tələbatı kəskin artırır.

 Qeyd edək ki,  ABŞ-da hər 10 min işçiyə 49, Yaponiyada  305, Cənubi Koreyada  isə 531 robot düşür.  Analitiklər ehtimal edirlər ki,  dünyada 2019-cu ildə 414 min robot fəaliyyət göstərəcək.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında