Putin Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Inı savadlı və yetkin siyasətçi adlandırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Kim Çen In öz strateji vəzifəsinin öhdəsindən gəlib. O, bu dəfəki partiyanın qalibidir. Onun nüvə başlığı və dünyanın istənilən nöqtəsinə çata biləcək, 13 min kilometr məsafəyədək uçan raketi var", - deyə Vladimir Putin qeyd edib. 

Rusiya prezidentinin fikrincə, hazırda Şimali Koreya lideri vəziyyəti stabilləşdirməkdə  maraqlıdır: "O, artıq savadlı və yetkin siyasətçidir".

Putin Koreya yarımadasının nüvəsizləşdirilməsini ancaq dialoq və danışıqlar yolu ilə etmək lazım olduğunu qeyd edib: "Hesab edirəm ki, bu, çətin olsa da, mümkündür".

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında