İspaniya mətbuatı Azərbaycan sülhməramlılarından yazdı

 Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu gün həm peşəkarlıq, həm də maddi-texniki bazanın üstünlüyü baxımından Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü ordudur.

Azərbaycan Ordusu dövlətimizin təhlükəsizliyini təmin etməklə yanaşı, beynəlxalq sülhyaratma əməliyyatlarında da iştirak edir. Bu da öz növbəsində Azərbaycan Ordusunun nümunəvi ordu olaraq, dünya birliyinə tanıdılması, eləcə də silahlı qüvvələrimizin qüdrətinin artması deməkdir. Buna əyani sübut kimi, NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülməramlılarının sayının artırılmasını göstərmək olar. Bu ölkədə sülh və təhlükəsizliyin keşiyində duran hərbçilərimizin sayı 94-dən 120-yə çatdırılıb. NATO-nun müraciəti əsasında Əfqanıstandakı sülhməramlıların sayının artırılması Azərbaycanın beynəlxalq sülhün təmin olunmasında rolunun yüksəlməsinin göstəricisidir.

Bu fakt xarici informasiya vasitələrinin diqqətində kənarda qalmadı. İspaniyanın www.eldiario.es portalı Əfqanıstanda xidmət edən Azərbaycan hərbi kontingentinin sayının artırılması haqqında “Azərbaycan Əfqanıstandakı kontingentini genişləndirir” sərlövhəli məqalə yayımlayıb.

Məqalədə ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2017-ci il noyabrın 23-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə çıxışı xatırladılıb. Məqalədə Azərbaycan Ordusunun Əfqanıstanda sülhün və təhlükəsizliyin bərqərar olunmasına töhfə verdiyi də bildirilib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında