Pakistan ABŞ-la hərbi əməkdaşlığı dayandırdı

ASS informasiya agentliyinin məlumatına görə, Pakistanın müdafiə naziri Huram Dastgir Xan Vaşinqtonun İslamabada maliyyə yardımını dondurmaq qərarından sonra ölkəsinin ABŞ-la hərbi sahədə əməkdaşlığını dayandırdığını açıqlayıb.

“Pakistanla Birləşmiş Ştatlar arasında nəzakətli və eyni zamanda, açıq dialoqun zamanı gəlib”,– deyə nazir bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ Dövlət Departamenti Pakistanı silahlı qruplaşmalara, o cümlədən “Taliban” və “Hakkani” terror şəbəkəsinə qarşı mübarizədə Pentaqona dəstək verməməkdə ittiham etmişdi. ABŞ tərəfi bildirib ki, Əfqanıstanda fəaliyyət göstərən “Taliban” yaraqlılarına qarşı qətiyyətli addımlar atılanadək bu ölkəyə təhlükəsizlik sahəsində yardımı dayandırmaq qərarına gəlib. Pentaqonun Hərbi Əməkdaşlıq İdarəsinin nümayəndəsi Patrik Evans ABŞ-ın Pakistan üçün nəzərdə tutduğu 900 milyon dollar vəsaiti dondurduğunu bildirib.

Xatırladaq ki, bir müddət öncə Prezident Donald Tramp ölkəsinin son 15 ildə bu ölkəyə əbəs yerə 33 milyard dollar maliyyə yardımı etdiyini açıqlamışdı.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında