Maykl Pens: KXDR-ə təzyiq göstərməkdə davam edəcəyik

KXDR özünün nüvə qüvvələrinə regiona müdaxilənin qarşısını alan, şəxsi təhlükəsizliyini təmin edən faktor kimi baxır və hesab edir ki, o, siyasi və iqtisadi müzakirə üçün predmet ola bilməz. Bu barədə ölkənin “Rodonq Sinmun” qəzetində verilmiş məqalədə bildirilir. Məlumatı TASS verib.

“Bizim nüvə qüvvələrimiz – güclü qalxandır, o, təkcə Koreya yarımadasını qorumur, həm də Şimal-Şərqi Asiyada sülhü və təhlükəsizliyi təmin edir. Bu qüvvələr heç bir siyasi və iqtisadi razılaşmalar üçün mövzu ola bilməz”, – deyə məqalədə bildirilir.

Qəzet qeyd edir ki, KXDR ABŞ tərəfindən təzyiqlərin artmasına baxmayaraq, özünün nüvə proqramını inkişaf etdirir. “Bizim respublikamızı məhv etməyə çalışan Birləşmiş Ştatların təbiəti dəyişməyib və bu, onu göstərir ki, nüvə potensialımızı möhkəmləndirməkdə davam etməliyik. ABŞ indiyədək bəyan edir ki, nüvə silahından imtina etməliyik və bizə qarşı sanksiyaları gücləndirir. Ancaq başa düşmür ki, bizim nüvə qüvvələrimizin əsas məqsədi nədir”, – qəzet yazır.

ABŞ-ın vitse-prezidenti Maykl Pens isə bildirib ki, KXDR nüvə və raket proqramları üzərində işləri dayandırmayana qədər Donald Tramp administrasiyası Pxenyana təzyiq göstərməkdə davam edəcək. Onun sözlərinə görə, son bir il ərzində Trampın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. “Biz Cənubi Koreyanı dəstəkləyirik, biz regiondakı müttəfiqlərimizi dəstəkləyirik və Şimali Koreya ABŞ-ı hədələyən nüvə və raket proqramlarından imtina etməyincə, ona qarşı iqtisadi və diplomatik sahələrdə təzyiqlərimizi maksimum dərəcədə davam etdirəcəyik”.

Pens deyib ki, Koreya Respublikasına qarşıdakı səfəri zamanı Prezident Trampın müraciətini çatdıracaq. “Müraciətdə qeyd edilir ki, “strateji səbr” epoxası başa çatıb”. Xatırladaq ki, bir müddət əvvəl Ağ evin mətbuat xidməti məlumat yaymışdı ki, Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarının açılışında Amerika nümayəndə heyətinə Maykl Pens rəhbərlik edəcək. 

Qeyd edək ki, Koreya yarımadasında vəziyyət Pxenyanın keçən ilin noyabrında raket sınağı keçirməsindən sonra yenidən gərginləşib. Həmin vaxt KXDR “Xvanson-15” qitələrarası ballistik raketinin sınağını keçirmişdi. Bundan sonra isə elan edilmişdi ki, bu raket nüvə başlığı daşımağa qadirdir və ABŞ-ın bütün ərazisini hədəfə ala bilər. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul etmişdi.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında