Azərbaycan xarici mediada

Son dövrlər Azərbaycanın dünyada artan imici xarici  kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.  Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, forumlar  və idman yarışları   respublikamıza  turist axınının artması xarici mətbuatın da diqqətindən yayınmır.

Fransanın kütləvi informasiya vasitələrində ölkəmizlə bağlı  çox sayda məqalə  yer alır. Fransanın  “LaCroix” portalında Azərbaycanla bağlı silsilə məqalələr yayımlanıb. Müəllif Pola Buaye ölkəmizin əsrarəngiz təbiətindən, qədim tarixi abidələrindən, milli adət-ənənələrindən, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin mehriban yaşamasından, burada mövcud olan xristian kilsələrindən  bəhs edir.

Müəllif Xınalıq və Qırız kəndlərinin  dünyada ən yüksək yaşayış məskənlərindən olduğunu bildirir.  Azərbaycan təbiətinin füsunkarlığından bəhs edən P.Buaye bildirib ki, burada ilin bütün fəsillərində təbiətin əsrarəngiz mənzərələrini görmək olar.

Məqalədə həmçinin Azərbaycanın  qədim tarixi abidələrindən olan Şəki və Qəbələdəki alban məbədləri barədə də məlumat verilir. Şəki Xan  Sarayının   nadir memarlıq incilərindən biri olduğu vurğulanır. Müəllif ölkəmizin  məşhur şəbəkə sənətini yüksək dəyərləndirərək bildirir ki, bu qədim sənət Şəkidə hələ də qorunub saxlanılır.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında