Türkiyədəki Azərbaycan səfiri İzmirdə işgüzar görüşlər keçirmişdir

Tarixi və etnik köklərə bağlı olan Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hüdudsuz imkanlar yaratmışdır. Ulu öndər Heydər Əliyevin
“Bir millət–iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə və onların misilsiz dostluq əlaqələri yüksək  səviyyədə inkişaf etməkdədir.

Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə Cümhuriyyəti və xalqı ilə Azərbaycan Respublikasını və xalqını bağlayan qırılmaz tellər var. Azərbaycanın Türkiyədəki  səfirliyinin nümayəndələrini  İzmirə gətirən də elə bu bağlılıq olmuşdur. Səfir Xəzər İbrahim və təhsil müşaviri Nəcibə Nəsibova 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə olmuş, burada bir çox işgüzar görüşlər keçirmişlər.

Səfirin İzmir şəhəri ilə tanışlığı yaradılmaqda olan “Bakı parkı” ilə tanışlıqla başlamışdır. İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Asif Qurban yeni layihə haqqında məlumat verərək, hələ sovet dönəmində İzmir ilə Bakı şəhərlərinin qardaşlığından və vaxtilə qurulmuş əlaqələrdən danışmışdır. O, İzmirdə Bakının  adını daşıyan parkın açılış mərasiminin bu il keçiriləcəyini bildirmişdir. 

Daha sonra Xəzər İbrahim İzmir Şəhər İcra Hakimiyyətində və İzmir Böyükşəhər Bələdiyəsində olmuşdur. Səfir bu görüşlərdə Egey bölgəsinin Azərbaycan üçün də önəmli bir region olduğunu qeyd etmiş,  tikilməkdə olan “Bakı Parkı” üçün olduqca gözəl bir məkanda yer ayrılmasına görə təşəkkür etmişdir.

Səfir Xəzər İbrahim İzmir səfəri çərçivəsində Türkiyənin tanınmış dövlət ali məktəblərindən olan Egey Universitetinin  rektoru professor Necdət Budak və Eylül Universitetinin rektoru professor Erdal Çeliklə də görüşmüşdür. Söhbətlərdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində inkişaf edən əlaqələrdən danışılmış, bu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin uğurlarına və problemlərinə toxunulmuşdur.

Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunda “Azərbaycanın xarici siyasəti” mövzusunda keçirilən konfransda səfir Xəzər İbrahimin məruzəsini  universitet müəllimləri, siyasi partiyaların və qeyri-hökümət təşkilatlarının nümayəndələri, çoxsaylı xarici və azərbaycanlı tələbələr böyük maraqla dinləmişlər. Universitetin rektoru Necdət Budak səfirə təşəkkür plaketi təqdim etmişdir.

Günün sonunda Xəzər İbrahim “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin təşkilatçılığı  ilə İzmirin aparıcı iş adamları, onların təmsilçisi olduğu təşkilatlarının rəsmiləri ilə görüşmüşdür.

Səfərin ikinci günündə Xəzər İbrahim Egey bölgəsinin ən böyük sənaye rayonu olan Əliağaya gəlmiş, Azərbaycan dövlətinin ən böyük xarici investisiyalarının qoyulduğu “Petkim”, “Star Rafinəsi” və “Petlim” şirkətlərində olmuşdur. Sonra   Heydər Əliyev adına  liseydə  keçirilən mərasimdə ulu öndərin həyat yolundan, fəaliyyətindən, dünya liderlərinin bu böyük şəxsiyyətə verdikləri dəyərdən  söz açılmışdır.

ertəsi gün Xəzər İbrahim İzmir universitetlərində rezidentura təhsili alan həkim-tələbələrlə, eləcə də “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin ofisində İzmirdəki Azərbaycan icması, diaspor fəalları və müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşmüşdür. Cəmiyyətin sədri Asif Qurban səfirin Türkiyənin bir sıra vilayətlərində olmasını, burada yaşayan azərbaycanlılarla, onların problemləri ilə yaxından tanışlığını yüksək dəyərləndirmişdir. O, cəmiyyətin həyata keçirdiyi işlər haqqında da  məlumat vermişdir.

Səfir Xəzər İbrahim səfirliyin fəaliyyətindən bəhs edərək, diasporla bağlı vacib məsələlərdən, xalqlarımızın bir-birini daha  yaxından tanıması üçün görüləcək işlərdən danışmışdır.

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”

İzmir–Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında