Azərbaycanlı yazıçı “Türkün böyük lideri - siyasi liderin portreti” kitabını Türkiyə Prezidentinə təqdim edib

“525-ci qəzet”in Türkiyə üzrə xüsusi müxbiri, yazıçı-publisist Aydın Ağazadə “Türkün böyük lideri- siyasi liderin portreti” kitabını Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.

İstanbulda keçirilən beynəlxalq tədbir çərçivəsində haqqında yazdığı kitabı Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edən A.Ağazadə bu əsəri böyük bir sevgi ilə qələmə aldığını ifadə edib.

Çəkdiyi böyük əməyə görə səmimi sözlərlə müəllifə təşəkkürünü ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan əsərin onda xoş təəssürat yaratdığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın möhkəm dostluq və qardaşlıq münasibətlərinə dair mühüm məqamların olduğu əsərdə müəllif Türkiyənin hazırkı
Prezidenti, türk və İslam dünyasının böyük liderlərindən biri olan R.T.Ərdoğanın siyasi liderliyə yüksəlişi, onun liderlik və şəxsi keyfiyyətləri, ölkədə apardığı islahatlar, o cümlədən seçki islahatları, Türkiyədə prezidentlik üsul-idarəsinin yaranması, məhz onun səyləri nəticəsində ilk dəfə olaraq prezidentin xalq tərəfindən seçilməsi, onun xalq arasındakı böyük nüfuzu və s. məsələlərdən bəhs olunur.

Faktlar və əsaslı mənbələrə istinadla yazılmış kitab elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında