Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktının vurğulanması dövlətimizin uğurudur

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi faktının hər bir beynəlxalq təşkilat tərəfindən birmənalı şəkildə vurğulanması dövlətimizin və diplomatiyamızın uğuru hesab olunmalıdır.

bu sözləri Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində imzalanan Birgə Bəyannamənin əhəmiyyəti ilə bağlı jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət dünya birliyinin, mötəbər qurumların münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunması istiqamətində fikrin formalaşmasına ciddi şəkildə təsir göstərir. Azərbaycanın ərazi bütövlüyünün pozulması faktını artıq dünya birliyi, beynəlxalq təşkilatlar birmənalı şəkildə qəbul edirlər. Bu münaqişənin həll olunması və bütövlükdə Cənubi Qafqazda sülhün, əmin-amanlığın etibarlı şəkildə təmin edilməsi ədalətin bərpa olunmasından, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən birbaşa asılıdır. Təbii ki, bu, Azərbaycanın uğurudur. Eyni zamanda, belə bir rəyin formalaşmasında düşünürəm ki, Azərbaycan Ordusunun gücünün, döyüş qabiliyyətinin və bunun əyani surətdə sübut edilməsinin də müsbət rolu var. Yəni, dünya və düşmənlərimiz aydın şəkildə bilirlər ki, işğal altındakı torpaqlarımızı dinc yolla, diplomatik yollarla azad etmək mümkün olmasa, Azərbaycan öz gücü və hərbi qüdrəti sayəsində bu tarixi ədalətsizliyə son qoyacaqdır. Avropa İttifaqı bu həqiqəti nə qədər dərindən dərk edərsə, - qəbul olunan Birgə Bəyannamə bunun əyani sübutu sayıla bilər, - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün düzgün, ədalətli qərarın qəbul olunması da o qədər tezləşər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında