Azərbaycan ilə Misir arasında mədəni və dini bağlılıq münasibətlərimizin inkişafına müsbət təsir göstərir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Misir arasında tarixi əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ölkələrimiz arasında mədəni və dini bağlılığın münasibətlərin genişləndirilməsinə müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd deyib ki, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsi qarşılıqlı əməkdaşlığı gücləndirəcək və turizmin inkişafına təkan verəcək.

Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Keçən il Misirə rəsmi səfərini və keçirdiyi görüşləri xatırladan Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında