OPEC hasilatın azaldılması barədə hesabat verib

OPEC-dən bildiriblər ki, bu ilin oktyabr ayında hasilat 5 faiz azalıb. 2017-ci ilin 9 ayı ərzində hasilat 83 milyon barrel azaldılıb. Ötən il  bu rəqəm 35 milyon barrel təşkil edib.

“Reuters”in məlumatına görə, OPEC hasilatı və ixracı 2018-ci ilin sonunadək azaldacaq. OPEC belə hesab edir ki, 2018-ci ildə neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı olacaq.

Dünya bazarında isə qara qızılın qiyməti belədir: Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 62,91 dollardır. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 55,10 dollardır. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 65,10 dollardır.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında