Mövlud Çavuşoğlu: Ankara Suriyada siyasi prosesləri sürətləndirməyə çalışır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə baş tutan görüşü şərh edib. Suriya münaqişəsinin siyasi nizamlanması gündəmin əsas mövzusu olub. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Xarici işlər naziri Soçidə Prezident R.T.Ərdoğanın Rusiya və ABŞ rəhbərlərinə öz hərbçilərini Suriyadan çıxarmaları ilə bağlı müraciətinin məqsədini belə izah edib: “Türkiyə lideri Suriyada siyasi prosesləri sürətlədirməyə çalışır”.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Ankara prinsip etibarilə Rusiyanın Suriya üzrə Milli Dialoq Konqresinin keçirilməsinə etiraz etmir, lakin radikal terror təşkilatlarının tədbirə qatılmalarının tamamilə əleyhinədir. Nazir vurğulayıb ki, Türkiyə PKK terror təşkilatının törəməsi olan PYD-nin danışıqlara cəlb edilməsinə birmənalı olaraq etiraz edir. Mövlud Çavuşoğlu deyib: “PYD, YPG və PKK arasında heç bir fərq yoxdur. Biz Rəkka əməliyyatı zamanı bunun bir daha şahidi olmuşuq. YPG yaraqlıları PKK-nın başçısı Abdulla Ocalanın portreti önündə şəstlə duraraq şəkil çəkdirirdilər. Terrorçuların Suriya müxalifətinin nümayəndə heyətinin tərkibinə daxil olmağa haqları yoxdur. Onların iddiaları əsassızdır”.

Mövlud Çavuşoğlu sonra qeyd edib ki, PKK və PYD yaraqlıları kürdlərin böyük bir qisminin  deyil, yalnız kiçik bir hissəsinin maraqlarını təmsil edirlər. Biz Rusiya tərəfini məlumatlandırdıq ki, kürdləri təmsil edən  başqa qruplar var. YPG-nin terrorçu xisləti hər kəsə bəllidir. YPG terrorçuları Suriyada 500 min kürdün öz evlərini tərk etməyə məcbur ediblər.

Nazir hesab edir ki, Suriyada terrorçuların məhv edilməsi ilə paralel olaraq siyasi nizamlama prosesləri getməlidir. O deyib: “Hərbi əməliyyatlarla məhdudlaşmaq olmaz, Suriyada siyasi nizamlama lazımdır. Əminilk ki, ən yaxşı qərar siyasi müstəvidə yerləşir. Buna görə də Türkiyə Astanada Suriya üzrə danışııqların uğurla keçməsi üçün öz töhfəsini verir.

 Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında