Fövqəladə hallar nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Dubayda beynəlxalq aviasiya sərgisində iştirak edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow 2017” beynəlxalq aviasiya sərgisində iştirak edib.

Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, noyabrın 12-də açılan və bu ayın 16-dək davam edəcək “Dubai Airshow 2017” ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur. Sərgidə 60-dan çox ölkədən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir.

“Dubai Airshow” sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında