Britaniya parlamentində “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyi haqqında danışılıb

Böyük Britaniya parlamentində payız tətilindən əvvəl keçirilən ənənəvi müzakirələrdə Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkman tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı üçcildlik roman-tədqiqatının ingilis dilində nəşrinin əhəmiyyəti və kitabın Britaniya parlamentində beynəlxalq təqdimatının təşkili barədə məlumat verib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildiriblər ki, Bob Bləkman həmkarlarına bu dəyərli kitab vasitəsilə XX əsrin görkəmli dövləti xadimi, Azərbaycan xalqının ümummilli lideri və Britaniyanın yaxın dostu olmuş Heydər Əliyevin tərcümeyi-halı və ictimai-siyasi fəaliyyəti ilə yaxından tanış olmağı tövsiyə edib.

Britaniyalı deputat qeyd edib ki, üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri haqqında maraqlı faktlar, müsahibələr, arxiv materialları əksini tapıb. Bu kitab oxucunun diqqətini, həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağdan və ətraf rayonlardan didərgin düşmüş insanların acı həyatına cəlb edir.

Xatırladaq ki, “TEAS Press” nəşriyyatında ingilis dilində çap edilmiş “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatının beynəlxalq təqdimatı cari il oktyabrın 31-də Böyük Britaniya parlamentində keçirilib. Təqdimatda Böyük Britaniya parlamentinin hər iki palatasının üzvləri, ictimai-siyasi xadimlər, diplomatik korpusun nümayəndələri, tədqiqatçılar və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında