YAP ölkəmizin həyatında yeni tarixi mərhələnin əsasını qoydu

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qəragahında partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda ilk illər bütün sahələrdə tənəzzülün yaşandığını, xaoc və anarxiyanın baş alıb getdiyini, dövlət idarəçiliyində səriştəsi olmayanların yarıtmaz fəaliyyəti nəticəsində respublikamızın parşalanma həddinə çatdığını xatırlatdı. Bildirdi ki, həmin vaxt Azərbaycanı yaranmış ağır və dözülməz vəziyyətdən xilas etmək üçün xalqı arxasınca apara biləcək liderə və siyasi təşkilata böyük ehtiyac yaranmışdı. Belə bir çətin və mürəkkəb dövrdə xalqın ümid yeri yalnız ulu öndər Heydər Əliyev idi.

M.İbrahimqızı dedi ki, ziyalılar, tanınmış ictimai-siyasi xadimlər ulu öndərə müraciət edərək siyasi partiya yaratmağı və müstəqilliyini itirmək ərəfəsində olan Azərbaycana rəhbərlik etməyi ondan təkidlə xahiş edirdiər: “Həmişə ölkəmizin ən çətin məqamlarında bütün ağırlığı öz çiyinlərinə götürən ulu öndər bu dəfə də Azərbaycanın xilaskarı kimi xalqın səsinə səs verdi və ömrünün qalan hissəsini müstəqilliyimizin daimi və əbədi olmasına sərf etdi. Çox çətin və ağır günlərdə ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının müstəqil dövlətimizin inkişafında, güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətləri hər birimizin gözləri önündədir. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP ölkəmizin həyatında yeni tarixi mərhələnin əsasını qoydu”.

Təşkilat sədri diqqətə çatdırdı ki, bu gün fəxr və qürur hissi keçiririk ki, ulu öndərin siyasi xəttini möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev uğurla davam etdirir. Son 14 il ərzində ölkədə və dünyada baş verən hadisələr də təsdiqləyir ki, dövlətimizin başçısının möhkəm təməl üzərində qurulan Yeni Azərbaycan Partiyasına sədrliyi dövründə çox böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib, üzvlərinin sayı durmadan artıb: “Xüsusilə gənclərin bu partiyaya üz tutmaları sevindirici haldır. Bütün bunlar partiyanın yaradıcısı və qurucusu olan ulu öndər Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsidir”.

Ölkəmizin inkişafından, dünya birliyinə sürətli inteqrasiyasından söhbət açan M.İbrahimqızı bu işdə Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birgə fəaliyyətini xüsusi vurğuladı və Azərbaycanın bundan sonra da  mühüm nailiyyətlər qazanacağına əminliyini ifadə etdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı,  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Asif Əsgərov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, YAP Nəsimi rayon təşkilatı sədrinin müavini, Milli Məclisin deputatı Cavid Qurbanov ölkəmizin dünya birliyində qazandığı uğurlardan, reytinqinin getdikcə yüksəlməsindən və dünyada söz sahibinə çevrilməsindən söhbət açdılar. Qeyd olundu ki, bu uğurlarda 25 ili tamam olan Yeni Azərbaycan Partiyasının fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yaranan partiya ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək. Milli müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə, respublikamızın beynəlxalq aləmə inteqrasiya olunmasına layiqli töhfələrini verib.

Bu gün ümumxalq partiyasına çevrilmiş və ətrafına 700 min üzv toplamış YAP-ın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasındakı rolu danılmazdır. Gənclərin dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər partiyanın tərəfdarlarının sayının sürətlə artmasına səbəb olub.  Azərbaycanın 26 illik müstəqillik tarixində qazandığı uğurlardan, həmçinin dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi Azərbaycanı regionda lider dövlətə çevirib, beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib.

Bu günlərdə böyük təntənə ilə açılış mərasimini qeyd etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolunun böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran C.Qurbanov ölkəmizin bu tarixi layihəni reallaşdırması ilə işğalçı Ermənistana böyük zərbə vurduğunu da diqqətə çatdırdı. Dedi ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdiyinə görə belə əhəmiyyətli layihələrdən kənarda qalıb. Bu da onun tənəzzülünü daha da dərinləşdirəcək.

Çıxış edənlər bildirdilər ki, əbədiyyətə çevrilmiş müstəqilliyimiz möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində daha da möhkəmlənib.

Sonra YAP-ın formalaşmasında böyük zəhməti olmuş bir qrup qocaman partiya üzvünə hədiyyə verildi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında