Çerkizov bazarının sabiq rəhbərinə qiyabi həbs qərarı

Moskvanın Çerkizov bazarının keçmiş rəhbəri Telman İsmayılov qiyabi həbs edilib. O, iki nəfərin ölümünə görə ittiham edilir. “İnterfaks”ın məlumatına görə, Telman İsmayılovun həbsi barədə məlumatı vəkili Marina Rusakova bildirib.

Qeyd edək ki, 2016-cı ilin may ayında Rusiyanın iki biznesmininin- Vladimir Savkinin və Yuri Brelevin meyitləri tapılmışdı. İstintaq bu işdə Telman İsmayılovu günahlandırırdı. Lakin bu ilin sentyabrında Telman İsmayılovun vəkili bildirmişdi ki, onun bu işdə heç bir günahı yoxdur. Ölən biznesmenlər T. İsmayılovun şərikləri idilər.

Bundan əvvəl, 2015-ci ildə Moskva Vilayət İqtisad Məhkəməsi Telman İsmayılovun kreditorlara 156,7 milyard rubl borclu olduğu barədə qərar çıxartmışdı.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında