Suriyada britaniyalı terrorçu qadın öldürülüb

Suriyada İŞİD-ə qoşulmuş “ağ dul qadın” ləqəbli  Böyük Britaniya vətəndaşı Salli Cons öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Times” qəzeti yazıb.   Salli Cons Rakka şəhərində ABŞ-a məxsus pilotsuz uçuş aparatının (PUA) endirdiyi zərbə nəticəsində məhv edilib. Terrorçu qadınla birgə onun 12 yaşlı oğlu da ölüb.

Dörd il əvvəl 45 yaşlı Salli Cons Birmingem şəhərindən olan Cüneyd Hüseynə ərə gedərək Suriyaya üz tutub. Avropa vətəndaşlarını İŞİD terror təşkilatına cəlb edən əsas şəxs kimi tanınan  Cüneyd Hüseynin azı 12 terror aktında əli olduğu məlum olub.

2015-ci ildə C.Hüseyn pilotsuz uçuş aparatı tərəfindən vurularaq məhv edilib. Onun ölümünə görə intiqam almaq istədiyini bəyan edən S.Cons Qərb ölkələrində terror aktları planlaşdıran diversant qrupuna rəhbərlik etdiyini bəyan edib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında