G.Kvirikaşvili: Regionda sülh və sabitliyin qorunub saxlanması daha çox səy tələb edir

“Gürcüstanla yanaşı, region da təhlükəsizlik problemləri ilə üzləşir və təəssüf ki, bu, bütün dünya üçün ümumi olub”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda deyib. Baş nazir bildirib ki, sülh və sabitliyin qorunub saxlanması daha çox səy tələb edir: “Bu gün bu problemlərin öhdəsindən gəlmək üçün daha dərin müzakirələrə ehtiyac var. Bizim təhlükəsizlik üzrə konfrans bu cür müzakirələrin keçirilməsi üçün əhəmiyyətli regional formata çevrilib”.

G. Kvirikaşvili Gürcüstanın döst ölkə və tərəfdaşlarına dəstəyə görə təşəkkür edərək qeyd edib ki, bu, ölkə üçün çox vacibdir: “Yalnız bu yolla biz təkcə ölkədə deyil, bütün regionda sülh, təhlükəsizlik və davamlı inkişafı təmin edə bilərik”.

Gürcüstan ərazilərinin işğalına toxunan Baş nazir deyib ki, Rusiyanın ölkəyə qarşı aqressiyası davam etməkdədir: “Rusiyanın aqressiv siyasəti etnik diskriminasiya və təmizləmə kimi proseslərdə özünü göstərir. Təxribatçı addımlara baxmayaraq, Gürcüstan 2008-ci ildə əldə olunmuş atəşkəs rejimi ilə bağlı sazişə sadiqdir və Rusiyanın beynəlxalq norma və prinsiplər əsasında öhdəliklərinin yerinə yetirməsinə nail olmaq üçün diplomatik addımlar atır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında