Kalininqradda fövqəladə vəziyyət elan edilib

Kalininqrada bir neçə gün yağan güclü yağışlar evləri, yolları su altına salıb. Alma bağlarına və kartof tarlalarına ciddi ziyan dəyib. Yerli hakimiyyət orqanları bildiriblər ki, güclü yağış nəticəsində vilayətə bir neçə milyon rubl ziyan dəyib. Lakin bu, hamısı deyil.

Vilayətin Malinovka qəsəbəsi gölü xatırladır. Ən çətin vəziyyət isə Zelinoqrad rayonundadır. Ümumiyyətlə, vilayətdə 20 yaşayış məntəqəsi su altındadır.

Mütəxəssislər bildiriblər ki, 5 il idi vilayətdə belə güclü yağışlar yağmırdı.

Hazırda ziyanı aradan qaldırmaq üçün vilayətdə xilasedicilər və 40 ədəd
texnika çalışır.

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında