“Gartner”: Dünya kompüter bazarında geriləmə müşahidə edilir

“Gartner” analitik şirkəti 2017-ci ilin üçüncü rübü üçün fərdi masaüstü kompüterlərin istehsal həcmi barədə məlumatları açıqlayıb. Bildirilir ki, dünya kompüter bazarında ardıcıl 3 ildir ki, istehsal və satış həcmi azalır. Bu isə ötən illə müqayisədə 3,6 faiz geriləmə deməkdir. Xəbəri “gartner.com” saytı verib.

Şirkətin araşdırmasına görə, cari ilin üçüncü rübündə 67 milyon masaüstü kompüter və noutbuk istehsal edilib. Mütəxəssislər qeyd edirlər ki, “Windows 10” əməliyyat sisteminin quraşdırılması nəticəsində fərdi kompüterlərə olan tələbat artsa da, satış həcminin azalması bu sahədə aparıcı mövqeyə sahib olan Amerika bazarına da öz təsirini göstərib. Belə ki, ABŞ bazarında ötən illə müqayisədə 10 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, şirkətin apardığı 3 aylıq araşdırma nəticəsində bəlli olub ki, dünya kompüter bazarında liderlik uğrunda mübarizədə “HP Inc.” və “Lenovo” şirkətləri öndə gedirlər.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında