Rəsmi Madrid Kataloniyanın müstəqilliyini heç zaman tanımayacaq

Son günlər İspaniyanın Kataloniya muxtar vilayətində baş verən hadisələr rəsmi Madrid tərəfindən şiddətlə qınanır. Buna səbəb oktyabrın 1- də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən qadağan edilən müstəqillik haqqında referendumdur. İspaniya hökuməti tərəfindən separatçılıq faktı kimi qəbul edilən referendumun ölkəni parçalamağa yönəlik addım olduğu bildirilir. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, son günlər Kataloniya rəhbərliyi İspaniya hökuməti ilə danışıqlar aparmaqla bağlı mülayim xətt tutduğunu açıqlasa da, rəsmi Madrid Kataloniya rəhbərliyi ilə qanun çərçivəsinə qayıtmayınca, heç bir danışıq olmayacağını bildirib.

Yeri gəlmişkən, bir neçə gün öncə İspaniyanın iqtisadiyyat naziri Luis de Gindos Xurado da muxtar vilayət rəhbərliyini hüquqi dövlətə qarşı üsyan qaldırmaqda ittiham etmişdi. O, Kataloniya rəhbərliyini hadisələri qızışdırmaqda ittiham edib.

Bundan başqa, Baş nazirin müavini Sorayya Saens de Santamariya da baş verənlərə münasibət bildirərək deyib ki, İspaniya unitar dövlətdir. Onun konstitusiyası regionların öz müqəddəratını təyin etməsini nəzərdə tutmur. Bu o deməkdir ki, Kataloniyanın İspaniyadan ayrılmaq üçün göstərdiyi hər hansı cəhd separatçılıq, Madridə itaətsizlik və ölkənin əsas qanununun pozulması kimi qiymətləndiriləcək.

Baş nazirin müavini bəyan edib ki, Kataloniya birtərəfli qaydada müstəqillik elan edəcəyi təqdirdə, rəsmi Madrid orada “qanun və demokratiyanı bərpa etmək üçün tədbirlər görəcək”.

Sonda qeyd edək ki, oktyabrın 10-da Kataloniya rəhbərliyi müstəqillik bəyannaməsi imzalayıb. Lakin mərkəzi hökumət onun heç bir hüquqi qüvvəsi olmadığını açıqlayıb.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında