Sergey Şoyqu: Rusiya və Özbəkistan Mərkəzi Asiyada terrorizmə qarşı birgə mübarizə aparmalıdır

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya və Özbəkistan Mərkəzi Asiyada beynəlxalq terrorizm problemlərinə qarşı birgə mübarizə aparmalıdır. Məlumatı RİA “Novosti” verib.

“Özbəkistan Mərkəzi Asiya regionunda Rusiyanın strateji tərəfdaşıdır. Dövlətlərimiz bir çox sahədə, o cümlədən təhlükəsizlik sahəsində uğurla əməkdaşlıq edirlər. Bu gün biz xüsusilə beynəlxalq terrorizmdən qorunmaq və təhdidlərə qarşı mübarizə üçün səylərimizi birləşdirməliyik,”-deyə Şoyqu bildirib.

 Şoyqu Özbəkistanın müdafiə naziri Abdusalom Əzizovla görüşdə qeyd edib ki, ötən il ərzində Rusiya və Özbəkistan müdafiə nazirlikləri arasında əməkdaşlığın səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq mümkün olmuşdur. İndi bu səviyyə saxlanmalı və gücləndirilməlidir. İlk növbədə, bu, hərbi təhlükəsizliyin təmin edilməsi, silahlı qüvvələrin döyüş potensialının gücləndirilməsi və hərbi personalın hazırlanmasına aiddir .

Onun sözlərinə görə, iki ölkə ekspertləri bu sahədə işlərin təşkili ilə bağlı təklifləri  razılaşdırıblar. Bu təkliflər 2018-ci ilə qədər Rusiya və Özbəkistan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planının layihəsinə daxil edilib. Şoyqu, görüşün təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına əlavə təkan və iki ölkənin silahlı qüvvələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini deyib. O, Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi mühüm tədbirlərdə dəstək və iştirakına görə Özbəkistan nümayəndələrinə minnətdarlığını bildirib.

Xatırladaq ki, Özbəkistan nümayəndələri təhlükəsizlik üzrə VI Moskva konfransında,  Suriyada terrorizmə qarşı mübarizənin hərbi aspektləri üzrə konfransda və “Ordu-2017” beynəlxalq hərbi-texniki forumda fəal iştirak etmişlər. Bu il ilk dəfə olaraq Özbəkistan hərbçiləri ordunun beynəlxalq oyunlarında yarışmışlar. Özbəkistan komandaları layiqincə çıxış edərək, mükəmməl hazırlıq nümayiş etdirmiş və beş müsabiqədə mükafat qazanmışlar.

Rusiyalı nazir görüşdə Özbəkistanın müdafiə nazirini və onun ölkəsinin nümayəndələrini Rusiyanın Müdafiə Nazirliyinin 2018-ci ildə keçirəcəyi tədbirlərdə iştiraka da dəvət edib.

Ülviyyə VAHİDQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında