Mehmet Şimşək: ABŞ və Türkiyə arasında viza problemi müvəqqəti xarakter daşıyır

ABŞ və Türkiyə arasında viza problemi müvəqqəti xarakter daşıyır. Belə bir bəyanatla ABŞ-da səfərdə olan Türkiyə Baş nazirinin müavini Mehmet Şimşək çıxış edib. Məlumatı “Anadolu” agentliyi verib.

Şimşək bildirib ki, Ankara və Vaşinqton arasında yarım əsrlik müttəfiqlik əlaqələri mövcuddur və iki ölkənin əməkdaşlığı yaranmış böhrandan çıxmağa imkan verəcək. “Türkiyə ABŞ-la münasibətlərdə gərginliyin qalmasına qarşıdır”, - deyə baş nazirin müavini qeyd edib.

Mehmet Şimşək sahibkarları bir qədər səbirli olmağa çağırıb: “Yaranmış vəziyyət arzuedilən deyil və proseslərin gərəksiz yerə böyüdülməsinin nəticəsidir. Ankara Dövlət Departamentinin ayrıca bir cinayət işi çərçivəsində istintaq prosesinə reaksiyasından çox təəccüblənib. Amerika diplomatlarının və diplomatik missiya əməkdaşlarının təhlükəsizliyi Ankara üçün prioritetdir. Buna heç bir şübhə olmamalıdır.

Şimşək Türkiyə və ABŞ-ın İŞİD terrorçuları ilə mübarizə sahəsində əməkdaşlığı məsələsinə də toxunub: “Bizim ölkələr bir-birinə lazımdır, xüsusilə də müdafiə və iqtisadiyyat sahəsində. Hərbi çevriliş cəhdinə məruz qalmış Türkiyə müttəfiqlərindən daha artıq diqqət və ölkənin məhkəmə sisteminə etimad göstərilməsini gözləməkdə haqlıdır”.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı ölkəsinin Ankaradakı səfirliyində çalışan əməkdaşların həbsindən narahatlığını bildirib və onların təqsiri ilə bağlı sübutlar tələb edib. 

Məsələyə ABŞ-ın müdafiə naziri Ceyms Mettis də münasibət bildirib. O deyib ki, Türkiyə və ABŞ arasında viza problemi iki ölkənin hərbi sahədə əməkdaşlığına mane olmayacaq. Onun sözlərinə görə, Vaşinqton və Ankara NATO üzrə müttəfiqdirlər: “Ankara on illərdir ki, ABŞ-ın NATO üzrə müttəfiqidir. Türkiyə yeganə ölkədir ki, sərhədlərində fəal toqquşmalar gedir. Bizim əməkdaşlığımız və informasiya mübadiləmiz davam edir. “İncirlik” hərbi bazası uçuşlar üçün tamamilə açıqdır. Dialoq kanallarımız da açıqdır. İraqda, Suriyanın şimalında və Türkiyənin cənubunda aparılan əməliyyatlar ətrafında biz bir-birimizlə sıx dialoqdayıq”.

Jurnalistlərin ABŞ-Türkiyə münasibətlərindəki gərginliyin gələcək əməkdaşlığa mane olub-olmayacağı barədə suala cavabında Pentaqon rəhbəri deyib ki, bu məsələ ilə bağlı sui-istifadəyə yol vermək istəmir, sadəcə, onu qeyd etməlidir ki, keçmiş zamanlarda diplomatik problemlər hərbi əməliyyatların aparılmasına təsir göstərməyib.

Xatırladaq ki, Vaşinqtonun viza ilə bağlı qərarından sonra Türkiyə də analoji addım ataraq ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. İki ölkə arasında insidentin ilkin səbəbi isə sentyabrın 25-də İstanbulda ABŞ səfirliyinin türk əsilli əməkdaşı Mətin Topuzun həbsi olub. O, terrorçu FETO təşkilatı ilə əməkdaşlıqda ittiham olunur. Türkiyə məhkəməsinin qərarı ABŞ Dövlət Departamentində narazılıqla qarşılanıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında