Niderland mediasında Azərbaycan haqqında məqalə

Bu günlərdə Niderlandın nüfuzlu  rfgmagazine.nl. portalında orada yaşayan soydaşımız, fəal diaspor  nümayəndəsi,  Niderland Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasovun “Azərbaycan odlar yurdudur”  başlıqlı məqaləsi dərc olunub. Məqalə ölkəmizin turizm imkanlarından bəhs edir.

Məqalənin girişində  1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətindən söhbət açılıb, bunun bütün müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü  və 1920-ci ildə sovet qoşunları tərəfindən işğal edildiyi qeyd olunub. 1991-ci ildə Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi  və hazırda Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğalı altında olması da oxucuların diqqətinə çatdırılıb.

Məqalədə Bakı hava limanından başlayaraq, ölkəmizdə avtomobil kirayəsinin qiymətlərinə qədər müxtəlif mövzulardan söhbət açılıb. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Ədəbiyyat Muzeyindən bəhs edən soydaşımız İçərişəhərin, Qala divarlarının tarixindən söz açıb və  milli mətbəximizin, qonaqpərvərliyimizin  hər zaman xarici turistlərin diqqətini cəlb etdiyini bildirib:

“Son vaxtlarda Azərbaycanda “Eurovision”, “Formula 1” kimi bir çox beynəlxalq tədbirlər keçirilib və keçirilməkdə davam edir. Bu isə öz növbəsində ölkəyə çoxsaylı turist gəlməsinə səbəb olub. Azərbaycanda hər addımda gözə dəyən ərəb turistlərlə yanaşı, çoxsaylı Qərb ölkələrinin təmsilçilərinə də rast gəlinir. Şəxsən mən özüm təsadüfən iki niderlandlı turistlə rastlaşdım və söhbət etdim”.

Yazıda,  eyni zamanda,  Azərbaycanın təbiətindən söhbət açılıb, dağlarımız, zirvələrimiz, meşələrimiz, çaylarımız və s. təbii gözəlliklərimiz vəsf edilib. Soydaşımız Şəki və Qax rayonlarına səfərindən söhbət açaraq, bu yerlərin hər bir turisti valeh edəcəyinə əmin olduğunu bildirib.

Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında