BMT qaçqın böhranı ilə bağlı fövqəladə iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Myanmanın qərbində 370 min Rohingiya müsəlmanının qonşu Banqladeşə qaçmasına səbəb olmuş böhranı müzakirə etmək üçün fövqəladə iclas keçirməyə hazırlaşır. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, iclas Böyük Britaniya və İsveçin təklifi əsasında keçiriləcək. Fövqəladə iclasın keçirilməsi təklifi BMT-nin insan haqları şurasının rəhbəri Zeyd Raad Əl-Hüseynin bazar ertəsi günü çıxışında Ronhingiya qaçqınları ilə rəftarı “etnik təmizləmə siyasətinə kitabdan misal” kimi dəyərləndirməsindən sonra verilib.

Zeyd BMT-nin Cenevrədə İnsan Haqları Şurasında çıxışı zamanı bildirib ki, bir sıra məlumatlar və peyk vasitəsilə əldə edilmiş təsvirlər Myanma təhlükəsizlik qüvvələri və yerli hərbi dəstələrin Raxine ştatında qətllər törətdiyi və Rohingiya kəndlərini bütünlüklə yandırdığını göstərir. Zeyd, həmçinin Myanma hərbi qüvvələrinin sərhəd boyu minalar yerləşdirdiyi haqda məlumatları qeyd edib.

Bu arada, Myanmanın de-fakto lideri, Nobel Sülh mükafatı laureatı Aung San Suu Kyi zorakılığı qınamadığına görə artan tənqidlərlə qarşılaşır. Tibetin dini lideri Dalay Lama, Cənubi Afrikanın arxiyepiskopu Desmond Tutu və pakistanlı fəal Malala Yusifzai də daxil olmaqla, bir sıra Nobel Sülh mükafatı laureatları Aung San Suu Kyini məsələyə şəxsən müdaxilə edib zorakılıqlara son qoymağa çağıran bəyanatlarla çıxış ediblər.

Yeri gəlmişkən, Rohingiya müsəlmanları əhalisinin əksəriyyəti buddist olan Myanmada yaşayan etnik azlıqlardan biridir. Onlar Banqladeşdən gəlmiş iqtisadi miqrantlar hesab edilir. Ailə üzvlərinin ölkədə bir neçə nəsil yaşadığını sübut edə bilmələrinə baxmayaraq, Rohingiyalılara vətəndaşlıq hüququ verilmir.

Qeyd edək ki, Myanmada son bir həftə ərzində ən azı 200 müsəlman uşaq öldürülüb. CNN –nin yaydığı məlumatlara görə, ordunun zülmündən ailələri ilə birgə Banqladeşə qaçmaq istəyən uşaqlar qida çatışmazlığı və sağlamlıqlarının itirilməsi ilə əlaqədar həlak olublar.

Bildirilir ki, Banqladeşə keçən müsəlmanlar Teknaf və Ukhiya bölgələrində məskunlaşıblar.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında