Ömər Çelik: Almaniya Türkiyənin terrorizmlə mübarizəsini zəiflətmək istəyir

Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Ömər Çelik hesab edir ki, Berlinin Türkiyənin terrorizmlə qətiyyətli mücadiləsini zəiflətməyə cəhd etməsi, nəticə etibarilə Almaniyanın, bütövlükdə, Avropanın təhlükəsizliyinin zəifləməsinə gətirib çıxaracaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, bu günlərdə Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bildirib ki, Türkiyə ilə ikitərəfli münasibətlərin gərginləşməsini nəzərə alaraq, Berlin mövcud hərbi sazişlər üzrə Türkiyəyə silah satışını dondurmağı qərara alıb.

Böyük Britaniyada səfərdə olan  Ömər Çelik bu məsələyə münasibət bildirərkən  jurnalistlərə deyib: “Türkiyə xaricdən aldığı silahları terrorizm, İŞİD və PKK kimi terror təşkilatları ilə mübarizə məqsədləri üçün istifadə edir. Belə bəyanatların məqsədi, həqiqətən Türkiyənin terrorizmlə mübarizəsini zəiflətməkdir”.

Türkiyəli nazir vurğulayıb ki, Almaniya bu qərarı ilə Türkiyəyə heç bir zərər vura bilməyəcək. Ona görə ki, Türkiyə hər bir şəraitdə öz milli təhlükəsizliyini təmin etməyə qadirdir.

Ömər Çelik daha sonra bunları bildirib: “Təəssüf ki, İŞİD və PKK kimi terror təşkilatlarının yaraqlıları hazırda Avropa şəhərlərinin küçələrində sərbəst surətdə dolaşırlar”.

Nazirin fikrincə, Berlində səsləndirilən belə bəyanatlar ikitərəfli münasibətlərə ciddi zərbə vurur.  O qeyd edib ki, Türkiyə hazırda öz sərhədlərini qorumaq üçün terrorizmlə səmərəli mübarizə aparır. Eyni zamanda, Suriya və İraqdan olan terrorçuların Avropa ölkələrinə daxil olmalarının qarşısını alır. Bununla da,  Avropa ərazilərinin təhlükəsizliyinə böyük töhfə verir. Məntiqi nəticə budur ki, Türkiyənin terrorizmlə mübarizəsini zəiflətmək cəhdləri Almaniyanın, bütövlükdə, Avropanın təhlükəsizliyinə zərər vurur.

Yeri gəlmişkən, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da Almaniya XİN rəhbərinin sözügedən bəyanatını şərh edib. O, pakistanlı həmkarı Xoca Məhəmməd Asif ilə görüşündən sonra keçirdiyi birgə mətbuat konfransında deyib ki, “Almaniyanın ölkəmizə silah satışı ilə bağlı yeni yanaşması Türkiyədə milli müdafiə sənayesinin daha da güclənməsinə səbəb olacaq. Belə ki, Türkiyə bütün sahələrdə milli istehsalı artırır. Biz özümüz hərbi təyyarələr və vertolyotlar istehsal edirik. Türkiyə heç vaxt gücsüz olmayacaq. 

M.Çavuşoğlu qeyd edib ki, Almaniya kansleri Türkiyəyə silah satışı ilə bağlı qərarı tənqid edib. Türkiyəli diplomat deyib ki, bu məsələdə A.Merkel haqlıdır. Bizim hər birimiz, hətta seçkilər ərəfəsində belə səhv yanaşmalara qarşı adekvart qərarlar qəbul etməyi bacarmalıyıq.

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında