R.T.Ərdoğan: Biz təhlükəsizlik tədbirləri görmək məcburiyyətindəyik

Prezident  Rəcəb Tayyib  Ərdoğan müsahibəsində bildirib ki,  Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı müqaviləyə imza atıb.  Prezident deyib: “Rusiyadan S-400-lərin alınmasına dair sənədlər imzalanıb. Bildiyim qədər, depozit artıq ödənilib”. Dövlət başçısı  tərəflərin müqavilənin yerinə yetirilməsində qərarlı olduğunu bildirib.

Türkiyə  lideri  müsahibədə  daha sonra  vurğulayıb:  “Heç kim Türkiyə Cümhuriyyətinin müstəqillik prinsiplərini və müdafiə sahəsindəki müstəqil qərarlarını mühakimə etmək hüququna malik deyil. Biz ölkəmizi müdafiə etmək üçün təhlükəsizlik tədbirləri görmək məcburiyyətindəyik". Bu barədə BBC məlumat verib.

Xatırladaq ki, S-400 zenit-raket komplekslərinin  alınması məlumatını  Rusiya tərəfindən Prezidentin  köməkçisi Vladimir Kojin  də təsdiqləyib: "Müqavilə imzalanıb, onun yerinə yetirilməsinə dair hazırlıq aparılır. Siz bilirsiniz ki, S-400 bir sıra texniki vasitələrdən ibarət olan ən mürəkkəb sistemlərdən biridir.”

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında