İlk dərs Cocuq Mərcanlıya həsr olunacaq

Sabah  ölkəmizdə yeni dərs ili başlanır.  Bu il 71 yeni  məktəbdə ilk zəng çalınacaq. 15 sentyabrda 164 min 945 şagird ilk dəfə olaraq orta məktəbə gedəcək.

Bu göstərici ötən ilkindən 10 min şagird çoxdur. İlk dərs “Tarixi torpaqlara qayıdış” adı ilə Cocuq Mərcanlıya həsr olunacaq.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə,  yeni dərs ilindən məktəblərdə 10 min nəfərə yaxın müəllim ilk dəfə olaraq pedaqoji fəaliyyətə başlayacaq.

Yeni dərs ilində müəllimlərin əməkhaqqı da artırılacaq. 2017-2018-ci tədris ilində 5 mindən artıq müəllim maaşlarını artımla alacaq.

“Asan peşə” layihəsi çərçivəsində 11 minə yaxın gənc ixtisas təhsili müəssisələrinə qəbul olub.

Ümumilikdə,  2016-2017-i tədris ilində əvvəlki illərə nisbətən 11 faizdən çox abituriyent tələbə adını qazanıb. Bu il tələbə adını qazanmış 37 min 637 şəxs də universitetlərə üz tutacaq.

M.MÜKƏRRƏMOĞLU,  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında