“Uğur” yatağında qızıl hasilatına başlanılıb

Gədəbəy rayonu ərazisində kəşf olunan “Uğur” yatağında hasilat işlərinə başlanılıb. “APA-Economics” xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bu yataqda istehsalın başlanılması şirkətin ümumi hasilatında əhəmiyyətli dəyişikliyə səbəb olub. Belə ki, sentyabrın 1-dən sentyabrın 10-dək qızıl külçəsi formasında orta gündəlik hasilat 212 unsiya təşkil edib. Bu isə ötən ilin orta gündəlik hasilatından 116 faiz çoxdur. “Uğur yatağında tam həcmdə hasilat başlayandan sonra orta gündəlik istehsalın həcmi əhəmiyyətli dərəcədə artacaq”, – deyə məlumatda vurğulanıb.

“Anglo-Asian Mining Plc.” şirkətinin baş direktoru Reza Vəziri bu yataqda hasilatın başlanmasını mühüm nailiyyət adlandırıb: “Əminik ki, “Uğur” yatağı şirkətin ən mühüm investisiyalarından biri olacaq. Həqiqətən də qizil istehsalında ciddi artım qeydə alınıb. Əgər ötən ilin 8 ayı ilə müqayisə etsək, istehsal olunan qızılın həcmində 2 dəfə artım qeydə alınıb”.

“Uğur” yatağında hasilatın hesabına bu il şirkət 72 min unsiya qızılın istehsalı ilə bağlı verdiyi proqnoza əməl edə biləcək.

Qeyd edək ki, “Uğur” yatağında 199 min unsiya qızıl, 1049 milyon unsiya gümüş ehtiyatının olduğu ehtimal edilir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında