RİİB könüllüləri üçün təlimlər

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülərlə işin təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil edib. Təlimlər RİİB-in Lənkəran, Salyan, Tərtər, Şəmkir, Yevlax, Şəki, İsmayıllı və Quba şəhərlərində fəaliyyət göstərən regional mərkəzlərdə keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə müddətində könüllülərə RİİB-in məqsəd və vəzifələri, könüllülük fəaliyyətinin istiqamətləri, kommunikasiya, davranış qaydaları və digər məsələlər barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələrin gedişində könüllülər bölgələrdə ictimai nəzarətin həyata keçirilməsi, gənclərin məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və digər sahələrdə təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, RİİB bölgələrdə ictimai nəzarətin həyata keçirilməsini, əhalinin ayrı-ayrı sahələrdəki problemlərinin öyrənilməsini, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsinin həllində, müxtəlif istiqamətləri əhatə edən layihələrin icrasında mühüm rol oynayan könüllülərin fərdi inkişafını daim diqqətdə saxlayır. Təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulur.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında