“Metsamor AES region üçün ekoloji bombadır”

“Elm” nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Metsamor AES region üçün ekoloji bombadır” adlı kitabı (rus dilində - «Мецаморская АЭС - экологическая бомба для региона») çapdan çıxıb.

bu nəşr az öyrənilmiş, lakin müfəssəl tədqiqat tələb edən bir problemə həsr olunub. Müəllif qeyd edir ki, Çernobıl AES-in və acı təcrübəsinə “Fukusima-1” AES-də baş vermiş faciəyə baxmayaraq, növbəti nüvə təhlükəsi mənbəyi – Ermənistan Respublikasının ərazisində yerləşən Metsamor AES ilə bağlı problem həll edilməmiş qalır. Hərçənd, uzun illər boyu qəza vəziyyətində olan bu stansiya təkcə region üçün deyil, bütün dünya üçün təhlükə mənbəyidir.

Öz ambisiyalarını hər şeydən üstün tutan Ermənistanın nüvə proqramının təhlili əsasında sübut edilir ki, Metsamor AES bu proqramın ayrılmaz tərkib hissəsi, nüvə döyüş başlıqları və radioloji silah istehsalı üçün daimi xammal mənbəyi kimi qalmaqdadır. Kitabda təkzibolunmaz faktlar əsasında göstərilir ki, Ermənistan Metsamor AES-i bilərəkdən deaktivasiya etmir və mövcud təhlükəyə baxmayaraq bu atom elektrik stansiyasından siyasi manipulyasiyalar üçün istifadə edilməsində maraqlıdır.

Nəşrin elmi məsləhətçisi, AMEA hüquq və insan haqları institutunun direktoru, hüquq üzrə elmlər doktoru, Milli Məclisin deputatı Aytən Mustafazadə kitaba müqəddimə, Azərbaycan Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor İbrahim Quliyev isə ön söz yazıb.

Qeyd olunur ki, bu gün ayrı-ayrı dövlətlər, etnik qruplar və terrorçular tərəfindən dünyanı təhdid edən nüvə təhlükəsi həmişəkindən daha ciddi xarakter daşıyır. Bununla belə, dünyanın bir sıra ölkələrində yaranmış vəziyyət bu və ya digər dərəcədə terror təhlükəsi hesab edilə bilər. Beynəlxalq terrorizmin güvəndiyi belə mənbələrdən biri də Metsamor AES-dir. Belə ki, AES kimi obyektlərə qarşı təxribatlar terrorçular üçün çox cəlbedicidir. Özü də təkcə bu təxribatların doğura biləcəyi ağır nəticələrə görə deyil, həm də ona görə ki, bundan ötrü xüsusi hazırlıq və təchizat tələb olunmur. Nəşrdə qeyd edildiyi kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Metsamor AES üçün anbarlar kimi istifadə olunan obyektlər aşkar edilib. Tədqiqat materiallarına görə, həmin anbarlardakı radioaktiv materialların kütləvi şəkildə oğurlanması və satılması haqda məlumat vardır. Bundan əlavə, Ermənistan ərazisində radiaoaktiv materiallarının saxlandığı hərbi və sənaye təyinatlı çoxlu obyektlər yaranıb. Beləliklə, həmin tullantılar “çirkli bombalar” yaradılmasında istifadə edilə bilər.

Kitabda Ermənistanın soyqırımı siyasətinin tərkib hissəsi olan nüvə proqramı geniş təhlil edilib. Məlumdur ki, erməni terrorizminin kökləri XIX əsrin sonunda, daha dəqiq desək 1890-cı ildə “Daşnaksütyun” partiyasının yaradılması ilə bağlıdır. Çoxsaylı tarixi faktlar təsdiq edir ki, terrorizm, ekstremizm və zorakılıq erməni siyasətinin ayrılmaz tərkib hissələridir.

Kitab geniş biblioqrafik siyahı ilə təchiz olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında