AŞPA-nın vitse-prezidenti: Beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir

Bu gün dünyada baş verən ağır iqtisadi, siyasi proseslər fonunda bir sıra problemlərin həlli açarı Azərbaycandadır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı, AŞPA-nın vitse-prezidenti Georgi Loqvinski deyib.

O bildirib ki, Azərbaycan region və dünya dövlətləri üçün çox uğurlu iqtisadi, mədəni layihələr həyata keçirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq birliyin ədalətli mövqe nümayiş etdirməməsinə dair sualı cavablandıran AŞPA-nın vitse-prezidenti vurğulayıb ki, beynəlxalq təşkilatlar hansı tərəfin işğalçı və hansı tərəfin işğala məruz qalmasını konkret göstərməlidirlər.

“Ümumiyyətlə, “dondurulmuş münaqişə” terminindən xoşum gəlmir. Hesab edirəm ki, beynəlxalq birlik Dağlıq Qarabağ probleminin həllində fəallıq nümayiş etdirməlidir”, – deyə Loqvinski qeyd edib.

Emil Hüseynli,
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında