Şimali Koreyaya qarşı sanksiyalar sərtləşdirildi

BMT-nin Təhlükəsizlik Şurası sentyabrın 11-də keçirdiyi müzakirə zamanı Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə layihəsini yekdilliklə qəbul edib. TASS-ın məlumatına görə, ABŞ tərəfindən təqdim edilən layihə Rusiya və Çin də daxil olmaqla, Təhlükəsizlik Şurasının bütün üzvləri tərəfindən dəstək alıb.

Layihədə Pxenyan rejiminə qarşı bir sıra sərt tədbirlər nəzərdə tutulur. Sənədə görə, ölkəyə neft və onun emalına yardımçı olan məhsulların idxalına kəskin məhdudiyyət qoyulacaq. Bundan başqa Şimalı Koreya istehsalı olan tekstil mallarının ixracı xeyli azaldılacaq. Daha əvvəl ölkə tekstil ixracından 760 milyon gəlir əldə edirdi.

Qeyd edək ki, qətnamə layihəsi danışıqlar prosesində xeyli dəyişikliyə uğrayıb. Sənədin ilkin variantında Şimali Koreyanın karbohidrogen idxalı tamamilə qadağan olunurdu. Bu ölkədən olan işçi qüvvəsinin xaricdə işə qəbulunun qadağan edilməsi təklifi də qətnamədən çıxarılıb. Bundan başqa, dövlət başçısı Kim Çen Ina, ölkə hökumətinə və hakim Əmək Partiyasına yönəlik sanksiyalar da qəbul olunmuş sənəddə nəzərdə tutulmur. Əvəzində partiyanın bəzi strukturları, o cümlədən Mərkəzi Hərbi Komitə və Müdafiə naziri qara siyahıya salınıb.

  Rusiya və Çin qətnamənin leyhinə səs versələr də, sanksiyaların sərtləşdirilməsinin Koreya yarımadasında gərginliyin azaldılmasına ciddi təsiri olmayacağını bildiriblər.

 Şimali Koreya daha əvvəl Vaşinqtonu müharibəni qızışdırmaqda günahlandıraraq, yeni sanksiyaların tətbiq ediləcəyi təqdirdə buna güclü cavab verəcəyi ilə beynəlxalq ictimaiyyəti hədələmişdi. 

Xatırladaq ki, sentyabrın 3-də Pxenyan növbəti dəfə qitələrarası ballistik raketlər üçün nəzərdə tutulan nüvə başlığını sınaqdan keçirib. Bundan bir həftə əvvəl isə o, Yaponiya üzərindən ballistik raket uçurmuşdu.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında