Neftin qiyməti yenidən düşüb

Dünya bazarında “qara qızıl”ın qiyməti yenidən düşüb. Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 53,75 dollar olub (ötən gün isə 54,64 dollar idi). Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 48,01 dollar olub (ötən gün isə 49,30 dollar idi). Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 54,85 dollar olub (ötən gün 55,14 dollar idi).

Ekspertlər bildiriblər ki, ABŞ-ı cənginə alan “Harvi” və “İrma” qasırğasından sonra Birləşmiş Ştatlarda neft emalı zavodları işləmir. ABŞ Energetika Nazirliyi isə neft ehtiyatı barədə heç bir hesabat vermir. Buna görə də dünya bazarında “qara qızıl”ın qiyməti aşağı düşüb.

 Qəzənfər QASIMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında