Putin və Merkel Donbasda sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə ediblər

Rusiya və Almaniya liderləri arasında telefon danışığı olub

 

Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında dünən baş tutan telefon danışığı zamanı “Minsk razılaşması”nın yerinə yetirilməsi və Koreya yarımadasında gərginliyin azaldılması və s. mühüm məsələlər müzakirə edilib. Bu barədə Kremlə istinadən “Anadolu” agentliyi məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması barədə danışarkən, ATƏT-in monitorinq missiyasının mühafizəsinə yardım məqsədilə BMT-nin nəzdində xüsusi mühafizə qurumunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Angela Merkel, öz növbəsində təklif edib ki, yaxşı olar ki, BMT sülhməramlıları təkcə cəbhənin təmas xəttində deyil, ATƏT müşahidəçilərini təftiş yoxlamaları zamanı da mümkün təhlükələrdən qorumağı öz öhdələrinə götürsün.

Qeyd olunur ki, Rusiya
Prezidenti qarşı tərəfin təklifi ilə razılaşıb və Moskvanın BMT Təhlükəsizlik Şurasının müvafiq qərar layihəsinə əlavələr etməyə hazır olduğunu bildirib. Bundan başqa, Rusiya və Almaniya liderləri son vaxtlar Koreya yarımadasında cərəyan edən gərgin hadisələrdən narahatlıqlarını dilə gətiriblər. Hər iki siyasi xadim rəsmi Pxenyanı BMT Təhlükəsizlik Şurasının nüvə sınaqlarını dayandırmaq barədə qərarlarına məhəl qoymadığı üçün kəskin tənqid edib.

TASS qeyd edir ki, Rusiya və Almaniya liderləri arasında telefon bağlantısı xanım kanslerin təşəbbüsü ilə baş tutub. Tərəflər Minsk razılaşması üzrə bütün öhdəliklərə, o cümlədən atəşkəs rejiminə əməl olunmasının vacibliyini vurğulayıblar.

Xatırladaq ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, rəsmi Kiyevin Ukrayna-Rusiya sərhədi boyu BMT sülhməramlılarını yerləşdirmək tələbi “Minsk razılaşması”nın şərtlərinə uyğun deyil. Rusiyalı diplomat vurğulayıb ki, Moskva sülhməramlıların yalnız Donbasda yerləşdirilməsini məqbul hesab edir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında