Bilik Fondu Cocuq Mərcanlı məktəbinə kitab hədiyyə edib

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun başçılıq etdiyi nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Fondun əməkdaşları, KİV nümayəndələri və Könüllülər Birliyinin üzvlərinin qatıldığı səfərdə yerli əhali ilə görüş keçirilib, kənd məktəbinə kitablar hədiyyə olunub.

Bilik Fondunun icraçı direktoru O.Səmədov bidirib ki, “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı Sərəncamdan sonra Bilik Fondu Cocuq Mərcanlı kəndində inşa olunacaq orta məktəbin kitabxanası üçün kitablar toplanması aksiyasına başlayıb. Bilik Fondunun ictimaiyyətə ünvanladığı çağırışın nəticəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı və Mingəçevir şəhərlərinin orta məktəbləri, fondun mühazirəçiləri, könüllüləri tərəfindən təqdim olunan, o cümlədən kitab mağazalarından alınmış ümumilikdə 1000 nüsxədən çox kitabdan ibarət hədiyyə dəsti toplanıb. İcraçı direktor Bilik Fondunun bundan sonra da Cocuq Mərcanlıda maarifləndirici istiqamətdə səmərəli layihələr həyata keçirəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Novruz Aslanov adına Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Orucova, müəllimlər Leyla Maqsudova, İlkin Təbrizli çıxış edərək deyiblər ki, yerli əhalinin ovqatı yüksək səviyyədədir, məktəb müasir avadanlıqlarla təmin olunub, şagirdlər həvəslə yeni dərs ilinə hazırlaşırlar.

Bilik Fondunun icraçı direktoru kənd müəllimi L.Maqsudovanın yaşadığı mənzildə də olub. Fondun “Ev kitabxanası” layihəsini xatırladan O.Səmədov bildirib ki, Cocuq Mərcanlıya növbəti səfər zamanı mənzillərdə kitabxanaların formalaşamasına təkan vermək məqsədi ilə ailələrə kitablar hədiyyə olunacaq. L.Maqsudova doğma yurdlarında yaradılan rahat şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ildə inşa edilmiş Cəbrayıl rayonu Cocuq Mərcanlı məscidində olub. O.Səmədov ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərə böyük həssaslıqla yanaşdığını vurğulayaraq, bu dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsinin ölkəmizdə azərbaycançılığın qorunub-saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Fondun “Məscid kitabxanası” layihəsi çərçivəsində Cocuq Mərcanlı məscidinə kitablar bağışlanıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında